Fransız rejissor Jan-Lük Qodar evtanaziya yolu ilə vəfat edib - YENİLƏNİB

Jan-Lük Qodar

© APA | Jan-Lük Qodar

# 13 sentyabr 2022 17:59 (UTC +04:00)

Məşhur fransız rejissoru Jan-Lük Qodar evtanaziya yolu ilə könüllü həyatdan köçüb.

APA Liberation qəzetinə istinadən xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib.

91 yaşlı Jan-Lük Qodarın İsveçrə hökumətindən evtanaziya proseduru ilə bağlı müvafiq icazə aldığı və Cenevrə gölü sahilindəki Roll şəhərində dünyadan köçdüyü bildirilib.

***

12:16

Məşhur fransız rejissoru Jan-Lük Qodar vəfat edib.

APA xəbər verir ki, bu barədə Liberation qəzeti yazıb.

Rejissorun 91 yaşı var idi.

Jan-Lük Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub.

Qodar kinoda “Yeni dalğa” cərəyanının əsasını qoyan rejissorlardan hesab olunur.

Onun “Son nəfəsdə” “Kiçik əsgər” ,“Öz həyatını yaşamaq” kimi ekran işləri fərqli kino dili, yeni montaj üsulu ilə o vaxtadək fransız kinosunda qəbul olunmuş basmaqəlib quruluşlardan kəskin seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR