Gəncədə “Dəmir Yumruq” tamaşası nümayiş olunub - FOTO

Gəncədə “Dəmir Yumruq” tamaşası nümayiş olunub - FOTO
# 29 iyul 2022 00:08 (UTC +04:00)

2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunmuş “Dəmir Yumruq” tamaşası nümayiş olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Dövlət Dram Teatrında yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi “Dəmir yumruq” tamaşasının premyerası olub.

Əvvəlcə 44 günlük Vətən Müharibəsində şəhidl olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra tamaşanın premyerası olub. “Dəmir yumruq” tamaşası 44 günlük Vətən Müharibəsindən bəhs edir, gənclərin maarifləndirilməsi baxımından önəm daşıyır. Tamaşada igidlərimizin, şəhidlərimizin qəhrəmanlığından, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə yürütdüyü müdrik siyasətindən bəhs edilib.

Tamaşadan sonra çıxış edən şair-yazıçı Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, rejissor Mətləb Təhmazib və digərləri tamaşanın əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, tarixi əsərlərin tamaşaya qoyulması gənclərin maarifləndirilməsi baxımından olduqca önəmlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR