“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış və bağlanış mərasimlərinin vaxtı məlum olub

# 09 fevral 2023 15:15 (UTC +04:00)

“Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı mərasiminin vaxtı məlum olub.

APA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.

Rəsmi açılış bu ilin mart ayında olacaq. Bağlanış mərasiminin isə noyabr-dekabr aylarında olacağı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR