Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.
Muzeydən APA-ya verilən xəbərə görə, 250-dən artıq eksponatın olduğu XVIII – XIX əsrlərə aid silahlar iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək.
Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və Bayraqlar, Xüsusi fondlarında mühafizə olunur.
Tezliklə sərgi tamaşaçıların ixtiyarına veriləcək.