Türkiyəli aktrisa Fatma Girik vəfat edib - VİDEO

Fatma Girik

© APA | Fatma Girik

# 24 yanvar 2022 10:24 (UTC +04:00)

Türkiyəli tanınmış aktrisa Fatma Girik 79 yaşında vəfat edib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, o, İstanbulda xəstəxanada dünyasını dəyişib.

79 yaşlı aktrisa bir müddət əvvəl döş xəstəlikləri infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəstəxanadan verilən məlumatda onun COVID-19-la bağlı yaranan çoxlu orqan çatışmazlığından vəfat etdiyi vurğulanıb.

F.Girik 12 dekabr 1942-ci ildə İstanbulda anadan olub. İlk dəfə 1957-ci ildə “Leke” filmində baş rolu canlandıran aktrisa, 1960-cı çəkildiyi "Ölüm Peşimizdə" filmi ilə daha da məşhurlaşıb. O, ümumilikdə 180-dən çox filmdə rol alıb.

Həyatının sonrakı illərində siyasətə də qədəm qoyan aktrisa 1989-1994-cü illərdə bələdiyyə başçısı kimi də çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR