Astarada qayınanasına xəsarət yetirib arvadını öldürən şəxs təslim olub - YENİLƏNİB

Astarada qayınanasına xəsarət yetirib arvadını öldürən şəxs təslim olub - YENİLƏNİB
# 18 mart 2023 16:56 (UTC +04:00)

Martın 18-da saat 16 radələrində Astara rayonu Şiəkəran kəndində 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın kəsici-deşici alətlə öldürülməsi və anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya xəsarət yetirilməsi polisə məlumat daxil olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd edilib ki, cinayət əməlinini törətməkdə şübhəli bilinən Ə.Ramazanovanın həyat yoldaşı 1991-ci il təvəllüdlü Fərmayil Fizuli oğlu Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

16:40

Martın 18-i-si saat 15 radələrində 1970-ci il təvəllüdlü Sevda Ramazanovanın xəsarət alması və 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, ilkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin Astara rayonunun Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evlərindən birində kəsici-deşici alətlə qayınanası Kifayət Əsədovaya və arvadı Əfsanə Ramazanovaya xəsarətlər yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR