Bakıda yanğın zamanı ölən şəxsin kimliyi müəyyənləşib - YENİLƏNİB

Bakıda yanğın zamanı ölən şəxsin kimliyi müəyyənləşib - YENİLƏNİB
# 16 mart 2023 09:12 (UTC +04:00)

Bakıda evdə yanğın zamanı ölən şəxsin kimliyi müəyyənləşib.

APA-nın xəbərinə görə, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində evdə baş verən yanğın zamanı 1973-cü il təvəllüdlü Qaydamakin Oleq Viktoroviç ölüb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.

Səlcuq Elçin

***

08:37

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

FHN-dən APA-ya bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR