Kürdəmirdə yol qəzasında 68 yaşlı qadın və oğlu xəsarət alıb

Kürdəmirdə yol qəzasında 68 yaşlı qadın və oğlu xəsarət alıb
# 26 may 2023 14:00 (UTC +04:00)

Kürdəmirdə yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralında, Kürdəmirin Şilyan kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı minik maşınının "Mercedes Vito" ilə toqquşması nəticəsində iki nəfər - Kürdəmir rayon sakinləri, 1955-ci il təvəllüdlü Kafiya Ömərova və onun oğlu, 1991-ci il təvəllüdlü Fərman Ömərov xəsarət alıb. Onlar Kürdəmir xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR