Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1 098,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 57,1%-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 1591,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1316,2 min tonunu və ya 82,7 faizini tranzit yüklər təşkil edib.
“2023-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 60,2 min ton olub”, - məlumatda bildirilir.
Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 2,8 min nəfər olub.