"Azərpoçt" və "Belpoçta" arasında müqavilə imzalanıb

"Azərpoçt" və "Belpoçta" arasında müqavilə imzalanıb
  • Clock-gray 10:03
  • calendar-gray 05 Dekabr 2019

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" MMC və Belarusun "Belpoçta" poçt operatoru arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"APA-Economics"in məlumatına görə, imzalanma mərasimi "Bakutel 2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində baş tutub. Mərasimdə Belarusun Rabitə və İinformasiya naziri Konstantin Şulqan da iştirak edib.

Müqaviləyə əsasən, tərəflər qruplaşdırılmış poçt göndərişlərinin ikitərəfli mübadiləsini həyata keçirəcək. Belə ki, tərkibi elektron kommersiya mallarından ibarət olan beynəlxalq kiçik paketlərin mübadilə şərtləri asanlaşdırılacaq və bu göndərişlərin bazara uyğun  qiymətlərlə çatdırılması təmin olunacaq.

Əsas məqsəd 2 ölkə arasında mübadilə olunan poçt həcmini artırmaq və elektron kommersiyanın daha geniş inkişafına nail olmaqdır.

Qeyd edək ki, ötən il "Bakutel 2018" sərgisində "Azərpoçt" və "Belpoçta" arasında poçt, maliyyə xidmətlərinin, EMS və logistikanın inkişaf etdirilməsi ilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date