132 nömrəli marşrut üzrə gediş haqqı ucuzlaşıb

132 nömrəli marşrut üzrə gediş haqqı ucuzlaşıb
# 01 iyun 2022 12:26 (UTC +04:00)

2 iyun tarixindən 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 35 qəpik müəyyən edilib. Bundan öncə marşrut üzrə gediş haqqı 40 qəpik idi.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR