ADY: Azərbaycanda dəmir yolu ilə yükdaşımalar fasiləsiz aparılır

ADY: Azərbaycanda dəmir yolu ilə yükdaşımalar fasiləsiz aparılır
# 03 aprel 2020 15:46 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin beynəlxalq və daxili müntəzəm daşımalar təmin edilir.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADY-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarda da gündəlik dezinfeksiya işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR