AZAL Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün çarter reyslərini davam etdirir

AZAL Azərbaycan vətəndaşlarını ölkəyə gətirmək üçün çarter reyslərini davam etdirir
# 19 mart 2020 10:41 (UTC +04:00)

Martın 19-na keçən gecə "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə daha 123 Azərbaycan vətəndaşı vətənə qayıdıb.

AzAL-dan “APA-Economics”ə verilən məlumata görə, bu Azərbaycanın milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir – ötən gün Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.

Məlumata əsasən, həmçinin martın 19-na keçən gecə İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.

AZAL və "Aeroflot" aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı bu istiqamətdə işləri davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR