AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərini biletləri yalnız aviaşirkətdən almağa çağırıb

AZAL Bakı-Naxçıvan reysinin sərnişinlərini biletləri yalnız aviaşirkətdən almağa çağırıb
  • Clock-gray 12:38
  • calendar-gray 19 Noyabr 2020

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reyslərin bərpa edilməsi barədə elan dərc edildikdən sonra sosial şəbəkələrdə bu istiqamətdə aviabiletlərin satışı barədə müxtəlif məlumatlar yayılmağa başlayıb. “Azərbaycan Hava Yolları” QSC (AZAL) qeyd edilən marşrut üzrə aviabiletlərin yalnız aviaşirkətin çağırış mərkəzi vasitəsilə əldə edilməsinə çağırır. Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, AZAL sərnişinlərinə xatırladır ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin satışı ardıcıllıq prinsipi ilə həyata keçirilir. Növbəyə qeydiyyat iki üsulla - əks əlaqə forması üzrə və ya “WhatsApp” mesenceri vasitəsilə həyata keçirilir.

Bakıdan Naxçıvana reyslər üçün:

- https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919

- “WhatsApp”: +99455 204 65 54

Naxçıvandan Bakıya reyslər üçün:

- https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000886220  

- “WhatsApp”: +994 60 487 30 11

Müraciət zamanı sərnişinlərdən şəxsiyyət vəsiqələrinin skan edilmiş surətlərini və geri əlaqə üçün əlaqə nömrələrini göndərmələri tələb olunacaq.

Aviaşirkət bildirir ki, həmin istiqamət üzrə aviabiletin dəyəri Azərbaycanın Tarif Şurası tərəfindən müəyyən edilmişdir və vətəndaşlar üçün bir istiqamətdə 50 manat təşkil edir.

AZAL turizm şirkətləri və ya fərdi şəxslər tərəfindən yol verilən bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Emil İsmayılov

Digər xəbərlər