"Apple" və "Google" hər 4,5 dəqiqədən bir istifadəçi məlumatları toplayır

"Apple" və "Google" hər 4,5 dəqiqədən bir istifadəçi məlumatları toplayır
  • Clock-gray 12:06
  • calendar-gray 29 Mart 2021

"Android" mobil cihazları və "iPhone" smartfonları istifadəçi məlumatlarının "Apple" və "Google" ilə mübadiləsini orta hesabla hər 4,5 dəqiqədən bir aparır.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dublinin "Trinity College" mütəxəssisləri tərəfindən aparılan araşdırmasında deyilir.

İstifadəçi məlumatlarının toplanmasında "Apple" və "Google" arasında bir o qədər də fərq olmasa belə, "Google" cihazlarının "Apple" smartfonlarından daha çox məlumat topladığı bildirilir. Belə ki, istifadə olunmadığı halda "Google Pixel" smartfonları "iPhone"lardan göndərilən 52 Kb ilə müqayisədə hər 12 saatda 1 Mb məlumat göndərir.

Göndərilən məlumatlar cihazın seriya nömrəsi, IMEI, Wi-Fi MAC ünvanı və telefon nömrəsi kimi detalları ehtiva edir. Məsələn, Wi-Fi MAC ünvanı Wi-Fi şəbəkəsindəki routeri özünəməxsus şəkildə müəyyənləşdirir. Bu, o deməkdir ki, "Apple" potensial olaraq cihazın yiyəsinin nə vaxt, harada və kimlərlə olduğunu izləyə bilir. İstifadəçilərə bu məlumatların toplanmasından imtina etmək üçün seçim təklif olunmur.

Hüseyn Vəliyev

Digər xəbərlər