Astara dəmiryol terminalı ixracı 64% artırıb

Astara dəmiryol terminalı ixracı 64% artırıb
# 11 fevral 2021 13:20 (UTC +04:00)

Astara dəmiryol terminalından mal ixracı 64% artıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şimal Dəmiryolu-2 Baş İdarəsinin rəisi Qulamhüseyn Vələdi deyib.

“Ötən ilin son 10 ayı ərzində Astara dəmir yolu terminalı vasitəsilə Azərbaycana ümumilikdə 176,211 ton məhsul ixrac edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur”.

Q. Vələdi Astara yük terminalından Azərbaycana dəmir yolu ixracının 107,424 ton olduğunu bildirib: “Qeyd edilən dövrdə Astara dəmiryol terminalından ümumilikdə 316,167 ton mal nəql edilib ki, bu da keçən ilin eyni dövründəki 302,952 tonla müqayisədə 4% çoxdur”.

Həmin müddətdə 125,863 ton mal Astara dəmiryol terminalı vasitəsilə idxal olunub və bu marşrutla 14 min tondan çox mal tranzit edilib.

Q. Vələdi Astara dəmiryolu terminalında əsas tranzit və idxal malları arasında ağac, taxta, mərcimək, buğda və arpa olduğunu bildirib: “Astara dəmiryol terminalından göndərilən yüklərin əsas tranzit təyinatı İraqdır. Bu dəmir yolu xətti ilə Azərbaycana ixrac edilən əsas mallara sement, təmizləyicilər, kimyəvi maddələr, kafel, dəmir məmulatları və məişət texnikası daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR