Azərbaycan RRB-nin poçt operatorları Şurasının onlayn iclasında təmsil olunub

Azərbaycan RRB-nin poçt operatorları Şurasının onlayn iclasında təmsil olunub
# 11 iyun 2020 13:18 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin və “Azərpoçt” MMC-nin nümayəndələri Regional Rabitə Birliyinin (RRB) poçt operatorları Şurasının qeyri-rəsmi onlayn iclasında iştirak ediblər. “APA-Economics” RRB-nin yaydığı məlumata istinadən xəbər verir ki, görüş çərçivəsində Ümumdünya Poçt İttifaqının (ÜPİ) 27-ci konqresinə hazırlıq məsələləri, həmçinin bu tədbirin keçirilmə yerinin və vaxtının təyin edilməsi müzakirə olunub.

Onlayn iclasda həmçinin, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan Rabitə Administrasiyaları və RRB-nun İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Azərbaycanı iclasda RRB-nin Poçt rabitəsi Komissiyasının sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edib.

İclasda, "ÜPİ-nin Regional Birliklərlə əməkdaşlığının gücləndirilməsi və inkişafı" adlı yeni Qətnamə layihəsi və Konqresə təkliflərin verilməsi qaydasında dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Müzakirələrin yekunun olaraq, ÜPİ-nin 27-ci konqresinin 2020-ci ilin noyabr-dekabr aylarında Cenevrədə məhdud formatda keçirilməsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR