Azərbaycan Türkiyənin telekommunikasiya və poçt sahəsindəki təcrübəsi ilə tanış olub - FOTO

Azərbaycan Türkiyənin telekommunikasiya və poçt sahəsindəki təcrübəsi ilə tanış olub - FOTO
# 18 fevral 2021 13:12 (UTC +04:00)

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunun ofisini ziyarət edib.

"APA-Economics" xəbər verir ki, bu barədə R. Nəbiyev "Twitter" hesabında yazıb.

Nazir keçirilən görüşün faydalı, həmçinin Türkiyənin telekommunikasiya və poçt xidmətləri, tənzimləmə qaydaları və təcrübəsi ilə tanışlığın önəmli olduğunu qeyd edib.

Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan qurumun fəaliyyəti barədə Azərbaycan nümayəndə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR