Ötən ilin 31 dekabr tarixinə Azərbaycanda internetin nüfuz səviyyəsi 78,2% təşkil edib. Bu göstərici il ərzində 0,6 faiz bəndi azalıb.
"APA-Economics"in məlumatına görə, bu barədə "Internet World Stats" beynəlxalq təşkilatının dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir.
Hesabatda qeyd olunub ki, Azərbaycanda internet istifadəçilərinin sayı 7,991 milyona çatıb. Bu göstərici il ərzində 0,02% artıb.
Əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə göstəricilər:
# |
Ölkə |
İstifadəçilərin sayı |
İstifadəçilərin əhali sayına nisbəti, % |
1 |
Azərbaycan |
7 991 630 |
78,2 |
2 |
Qazaxıstan |
14 669 853 |
77,2 |
3 |
Gürcüstan |
3 065 000 |
77,0 |
4 |
Ermənistan |
71,7 |
|
5 |
Özbəkistan |
17 161 534 |
50,6 |
6 |
Qırğızıstan |
47,1 |
|
7 |
Tacikistan |
3 013 256 |
30,9 |
8 |
Türkmənistan |
1 262 794 |
20,6 |