Azərbaycan minik avtomobillərinin istehsalını kəskin artırıb

Azərbaycan minik avtomobillərinin istehsalını kəskin artırıb
# 18 fevral 2020 15:05 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 192 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü üçün olan göstərici ilə müqayisədə 2,2 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvarında respublikada 89 minik avtomobil istehsal edilib.

Məlumata əsasən, bu ilin yanvarında ölkədə traktor istehsal edilməyib. Ötən ilin müvafiq dövrü ərzində isə Azərbaycanda 188 ədəd traktor istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR