Azərbaycan peyki vasitəsilə Afrika ölkələrində HD yayımı təşkil olunacaq

Azərbaycan peyki vasitəsilə Afrika ölkələrində HD yayımı təşkil olunacaq
# 25 fevral 2021 12:14 (UTC +04:00)

Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edəcək.

Qeyd edək ki, şirkət hazırda Qərbi Afrikada 20-dən çox televiziya və radio kanalı yayımlayır və yüksək keyfiyyətli infrastrukturu ilə video məzmunun kanallara asanlıqla paylanmasını təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR