Azərbaycan rusiyalıların uçduğu ən populyar 10 ölkə sırasında yer alıb

Azərbaycan rusiyalıların uçduğu ən populyar 10 ölkə sırasında yer alıb
# 21 dekabr 2020 12:50 (UTC +04:00)

Azərbaycan 2020-ci ildə Rusiya vətəndaşlarının uçuş istiqaməti üzrə ən populyar 10 ölkə arasında qərarlaşıb.

APA-Economics”in “Tutu.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Səyahət Xidməti Analitik Mərkəzinın açıqlamasında deyilir.

Qeyd olunur ki, bu il Azərbaycana uçuş üçün olan qəbzin orta qiyməti ötən ilə nisbətən 8% artıb (11 507 rubla qədər – 261,54 manat).

Cari ildə rusiyalıların Azərbaycanın sərnişin dövriyyəsindəki payı 5% təşkil edib.

Ölkələr üzrə ilk 10-u əsasən qonşu ölkələr təmsil edir: Özbəkistan, Qırğızıstan, Moldova, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Tacikistan. Almaniya və Türkiyə də ilk 10-a daxil olub.

2020-ci ildə ən populyar 10 xarici istiqamətə daxil olan Moskva-Bakı reysi 9-cu yerdə qərarlaşıb. Azərbaycana bir tərəfə uçuş qəbzinin orta qiyməti ötən ilə nisbətən 25%, sərnişin axını isə 2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR