Azərbaycanda "Facebook" və "Telegram"da su borcu üzrə müraciətlərin qəbuluna başlanılıb

Azərbaycanda "Facebook" və "Telegram"da su borcu üzrə müraciətlərin qəbuluna başlanılıb
# 02 iyul 2020 13:14 (UTC +04:00)

“Azərsu” ASC borcun araşdırması üzrə müraciəti “Facebook” və “Telegram” şəbəkələri üzərindən aparılmasına başlayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, indiyədək bu xidmətdən istifadə e-gov.az portalına keçid almaqla aparılırdı. Bundan sonra abonentlər portalla yanaşı, azersu.az saytında yerləşdirilən “Facebook” (“AZERSU OJSC”) və “Telegram” şəbəkələrinə qoşulmaqla xidmətdən yararlana bilərlər.

Araşdırma nəticəsində sayğac göstəricilərinin yerində yoxlanılmasına ehtiyac yarandıqda sayğaca baxış keçirilməklə dəqiqləşdirilmə aparılır. Yoxlamanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər ASC-də ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyaya göndərilir və müvafiq əməliyyatlardan sonra abonentin borcunda dürüstləşmələr aparılır. Komissiya tərəfindən müraciətin icrasından imtina edildikdə abonent səbəbi qeyd edilməklə məlumatlandırılır. Müraciətin nəticəsi haqda məlumat abonentin elektron poçt ünvanına, SMS vasitəsilə mobil telefonuna və “Telegram” səhifəsinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR