Azərbaycanda bu il dəniz nəqliyyatı ilə 2 mln. tondan çox yük daşınıb

Azərbaycanda bu il dəniz nəqliyyatı ilə 2 mln. tondan çox yük daşınıb
# 22 may 2020 15:56 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-aprel aylarında daşınmış yüklərin həcmi 2 035,4 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü daşınmış yüklərin 34,1% neft yükləri təşkil edib.

Məlumata əsasən, dəniz limanları tərəfindən 3 095,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 957,4 min tonunu (95,5%) tranzit yüklər təşkil edib. 2020-ci il may ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 79,5 min ton olub.

"Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 5,5% artaraq 5,8 min nəfər təşkil edib", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR