Azərbaycanda daha bir SMS fişinq dələduzluğu ilə bağlı hal aşkarlanıb

Azərbaycanda daha bir SMS fişinq dələduzluğu ilə bağlı hal aşkarlanıb
  • Clock-gray 14:00
  • calendar-gray 16 İyun 2020

Azərbaycanda daha bir SMS fişinq dələduzluğu ilə bağlı hal aşkarlanıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, dələduzlar vətəndaşlara SMS göndərməklə qarşı tərəfə guya səhvən pul köçürdüyünü zəng edib izah etməyə və qarşı tərəfdən həmin məbləği geri ödəməsini tələb edir.

Hədəf kütləyə görə edilən müraciət forması isə həmişə dəyişir. Belə ki, bəzi hallarda əsgərin balansına təcili pul yükləməsi ilə əlaqələndirib məsumca davranır, bəzən isə təkidlə guya ödənilmiş ödənişi geri tələb edir.

Bununla bağlı Mərkəz hər kəsdən ehtiyatlı olmağı və belə fişinq hücumlarının qurbanı olmamaq üçün SMS göndərişlərinin operatordan deyil, şəxslərdən göndərildiyinə diqqət yetirməyi tövsiyə edir.

Belə hallarla rastlaşan vətəndaşlardan isə dələduzluq əməllərinin qarşısının alınması üçün müvafiq qurumlara şikayət etməsi xahiş olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər