Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımalar ötən ay 50% artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımalar ötən ay 50% artıb
# 18 fevral 2020 17:30 (UTC +04:00)

Bu ilin yanvarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 486,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 36,5% neft yükləri təşkil edib.

Məlumata əsasən, dəniz limanları tərəfindən 785,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 761,1 min tonunu və ya 96,9% tranzit yüklər təşkil edib.

"2020-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 19,5 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 50% artaraq 1,8 min nəfər olub", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR