Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı etdiyi sorğuların sayı azalıb

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı etdiyi sorğuların sayı azalıb
  • Clock-gray 10:08
  • calendar-gray 02 Dekabr 2019

Bu ilin noyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı oktyabr ayı ilə müqayisədə 20,5% azalaraq 421 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, noyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 94,5%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin noyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 1 domen və 12 subdomen qeydiyyatdan keçib.

 

Ümumilikdə, cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3917 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,4%-i baxılıb və təmin edilib. Yanvar-noyabr ayları ərzində Azərbaycanın internet seqmentində 43 domen və 96 subdomen qeydiyyata alınıb.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date