Azərbaycanda e-dövlət xidmətlərinin qiymətləndirilməsi üçün metodlar işlənilib

Azərbaycanda e-dövlət xidmətlərinin qiymətləndirilməsi üçün metodlar işlənilib
# 28 dekabr 2020 09:27 (UTC +04:00)

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən ölkədə elektron dövlət (e-dövlət) xidmətlərinin qiymətləndirilməsi üçün metodlar işlənilib.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, aparılan tədqiqat işi vətəndaş məmnuniyyəti əsasında e-xidmətlərin çoxmeyarlı qiymətləndirilməsi məsələsinə həsr olunub. Bu məqsədlə vətəndaş məmnuniyyətinə təsir edən amillərin müəyyənləşdirilməsi üçün mövcud təcrübə araşdırılıb.

Çoxmeyarlı qiymətləndirmə metodundan istifadə edərək vətəndaş məmnunluğu əsasında göstərilən e-xidmətlər qiymətləndirilib. Ədədi eksperimentdə seçilən e-xidmətlər vətəndaşların rəyi əsasında qiymətləndirilib və “ən pis hal” metodundan istifadə edilərək ranqlaşdırılıb.

Təklif olunan yanaşma keyfiyyət və əlyetərlilik meyarlarını nəzərə almaqla e-dövlət xidmətlərini çoxmeyarlı qiymətləndirməyə imkan verir. Tədqiqat nəticələri göstərir ki, vətəndaş-hökumət münasibətlərinin səmərəli inkişafı göstərilən e-xidmətlərin keyfiyyətindən və əlyetərliliyindən asılı olaraq vətəndaş məmnuniyyətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR