Azərbaycanda fişinq fəallığı artıb

Azərbaycanda fişinq fəallığı artıb
# 17 mart 2020 10:49 (UTC +04:00)

Azərbaycanın ".az" domenində olan saytların 450-si fişinq hücumuna məruz qalıb ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 1,3%-ni təşkil edir.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, bu göstərici son bir ay ərzində 0,85 faiz bəndi artıb.

Ümumilikdə, Azərbaycan saytlarının hər 77-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib. Qeyd edək ki, bu günə ".az" domenindən 34 719 sayt qeydiyyatdan keçib. "Netcraft"ın məlumatına görə, Ukraynada hər 190, Rusiyada – 336, Belarusda – 558, Latviyada – 270, Litvada - 178, Estoniyada – 361, Qazaxıstanda – 870, Özbəkistanda – 216, Tacikistanda – 32, Qırğızıstanda – 312, Gürcüstanda – 135, Ermənistanda isə 269 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR