Azərbaycanda fişinq hücumlarının sayı azalıb

Azərbaycanda fişinq hücumlarının sayı azalıb
# 02 iyul 2020 11:30 (UTC +04:00)

Bu ilin iyun ayında Azərbaycanın ".az" domenində olan saytların hər 412-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumuna ilə üzləşib ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,26%-ni təşkil edir.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 95-i fişinq hücumunun qurbanı olub ki, bu göstərici üzrə son bir ay ərzində 10,5% azalıb.

Qeyd edək ki, bu günə ".az" domenində 35 472 sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 243, Rusiyada – 308, Belarusda – 809, Latviyada – 33, Litvada - 94, Estoniyada – 27, Qazaxıstanda – 1199, Özbəkistanda – 506, Tacikistanda – 34, Qırğızıstanda – 562, Gürcüstanda – 189, Ermənistanda isə 398 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR