Azərbaycanda internet və mobil bankçılıqda e-imza istifadəsi tam təmin olunacaq

Azərbaycanda internet və mobil bankçılıqda e-imza istifadəsi tam təmin olunacaq
  • Clock-gray 14:00
  • calendar-gray 22 Dekabr 2020

Azərbaycanda internet və mobil bank sistemlərində elektron imzanın (e-imza) əhatə dairəsinin 100% səviyyəsində çatdırılması məqsədilə maliyyə xidmətləri sahəsində qanunvericilik və normativ tələblərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Qeyd olunur ki, nəticədə elektron ödəniş sistemləri və mobil bankçılığın inkişafının daha da sürətləndirilməsi, sürətli və təmassız ödəniş infrastrukturunun davamlı inkişaf etdirilməsi, bu xidmətlərdən daha geniş istifadənin təmin olunması nəzərdə tutulur.

Hüseyn Vəliyev

Digər xəbərlər