Azərbaycanda istifadədə olan elektron imzaların qarşılıqlı tanınması üçün vahid platforma yaradıla bilər

Azərbaycanda istifadədə olan elektron imzaların qarşılıqlı tanınması üçün vahid platforma yaradıla bilər
# 15 dekabr 2020 14:33 (UTC +04:00)

Azərbaycanda istifadədə olan elektron imzaların (e-imza) qarşılıqlı tanınması üçün vahid platforma yaradıla bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə "İnnovasiya həftəsi" çərçivəsində Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən təşkil olunan "Ağıllı layihələr" adlı vebinarda çıxış edən Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ çərçivəsində Mərkəzi Bankla birgə müvafiq işçi qrupu yaradılıb: "Bildiyiniz kimi, ölkədə 3 növ elektron imza var – "ASAN-imza", Sertifikat Xidmətləri Mərkəzinin və Mərkəzi Bankın e-imzaları. Onları qarşılıqlı tanıtmaq üçün həll yollarını tapmalıyıq. İşçi qrupunun çərçivəsində bu məsələ müzakirə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR