Azərbaycanda kompüter satışları sentyabrda 26%-dək artıb

Azərbaycanda kompüter satışları sentyabrda 26%-dək artıb
# 16 oktyabr 2020 14:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 225,5 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,5% və ya 1,2 mln. manat azalıb.

Təkcə sentyabr ayında isə əhaliyə 35,3 mln. manat həcmində kompüter avadanlıqları satılıb ki, bu da avqust ayı ilə müqayisədə 25,6% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR