Azərbaycanda məsafədən giriş protokolu üzərindən edilən hücumların sayı iki dəfədən çox artıb

Azərbaycanda məsafədən giriş protokolu üzərindən edilən hücumların sayı iki dəfədən çox artıb
# 16 dekabr 2020 15:46 (UTC +04:00)

Bu ilin yanvar-noyabr atlarında dünyada məsafədən işin təşkili üçün nəzərdə tutulan RDP (Remote Desktop Protocol) protokolu üzərindən edilən hücumlar əhəmiyyətli dərəcədə artıb.

“Kaspersky” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan müddətdə Azərbaycanda 2,2 mln. belə hücum qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Mütəxəssislər bunu işçilərin məsafədən iş rejiminə kütləvi keçidi ilə izah edir. Fevral ayında (sərt karantin tətbiq edilməmişdən əvvəl) RDP üzərindən edilən hücumların sayı 167 min olub, mart ayında məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi ilə isə bu göstərici 283 minə çatıb. Noyabr ayında bu rəqəm təxminən 200 min təşkil edib.

“Kaspersky”nin hesabatından da göründüyü kimi, kibercinayətkarlar zərərli proqramları yaydıqları adlar altında messencerlər, video və konfrans xidmətlərinin populyarlığından da fəal şəkildə istifadə ediblər. 2020-ci ildə şirkət dünya miqyasında bu şəkildə maskalanmış təqribən 1,7 mln. unikal zərərli sənəd aşkar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR