Azərbaycanda növbəti innovasiya həftəsi keçiriləcək

Azərbaycanda növbəti innovasiya həftəsi keçiriləcək
# 08 dekabr 2020 16:23 (UTC +04:00)

Dekabrın 14-19-da Azərbaycanda üçüncü "InnoWeek – İnnovasiya həftəsi" keçiriləcək.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, BMT-nin İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi və "Azercell Telekom"un birgə təşkilatçılığı, "BestComp Group" və BP-nin baş sponsorluğu ilə baş tutacaq layihə, Azərbaycanda innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

Koronavirus pandemiyası şəraitində "InnoWeek" çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil ediləcək. Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR