Azərbaycanda ötən il 1,4 min km avtomobil yolu tikilib, yenidən qurulub və təmir edilib

Azərbaycanda ötən il 1,4 min km avtomobil yolu tikilib, yenidən qurulub və təmir edilib
# 22 fevral 2021 11:33 (UTC +04:00)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) kollektivi tərəfindən 2020-ci il ərzində 1 385,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub.

"APA-Economics"in məlumatına görə bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə çıxış edərək deyib.

Onun sözlərinə görə, bunların 254,6 km respublika əhəmiyyətli, 767,2 km yerli əhəmiyyətli, 342,1 Bakı şəhər yolları, 21,4 Sumqayıt şəhəri yolları olub.

"2020-ci il ərzində bütün maliyyə mənbələri hesabına respublikamızın ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 20 yeni körpü tikilmiş, 3 körpü təmir edilmiş, 2 avtomobil tuneli tikilmiş, bir yeni metal dəmiryolu yol ötürücüsü və 9 piyada keçidi tikilərək əhalinin istifadəsinə verilib", - S. Məmmədov qeyd edib.

O həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2019-cu il 30 dekabr tarixli 1752 №-li və 02 iyul 2020-ci il tarixli 2138 №-li Sərəncamları ilə təsdiq edilmiş, 2020-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 29 kəndlərarası avtomobil yolları layihəsinin, 2 körpünün və Bakı şəhəri və onun 12 rayonunda qəsəbə daxili avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.

Bu layihələrdən 27 avtomobil yolu və 2 körpünün tikintisi və yenidən qurulması layihəsi başa çatdırılıb.

"Bundan əlavə, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 12,3 km olan respublika əhəmiyyətli, uzunluğu 50,9 km olan kəndlər arası avtomobil yolu layihəsi, habelə uzunluğu 84,7 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib", - S. Məmmədov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR