Azərbaycanda pandemiyaya görə avtobus və taksilərdən istifadə edənlərin sayı kəskin azalıb

Azərbaycanda pandemiyaya görə avtobus və taksilərdən istifadə edənlərin sayı kəskin azalıb
  • Clock-gray 11:18
  • calendar-gray 19 Noyabr 2020

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında avtobuslarla 907 156,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 1 414 340,2 min sərnişin daşınıb.

Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 35 984,6 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 39,9% azdır. 2019-cu ilin müvafiq dövründə taksi xidmətlərindən 59 917,1 min nəfər istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 943,1 mln. sərnişin daşınıb (36% azalma).

Xatırladaq ki, sözügedən azalma koronavirus pandemiyasına görə aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.

Emil İsmayılov

Digər xəbərlər