Azərbaycanda sosial xidmətlər sahəsində vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda sosial xidmətlər sahəsində vahid informasiya sistemi yaradılacaq
  • Clock-gray 14:33
  • calendar-gray 30 Dekabr 2019

Azərbaycanda sosial xidmətlər sahəsində vahid informasiya sistemi yaradılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkbərov deyib.

Onun sözlərinə görə, hazırda sistemin funksionalı müəyyən olunur və növbəti ildə onun yaradılması üzərində işlər aparılacaq.

Şöbə müdiri əlavə edib ki, Nazirliyin sistemində digər orqanların məlumatlarının mövcudluğu növbəti il ərzində elektron arayışların sayının 30-a çatdırılmasına imkan verəcək.

Bundan başqa qanunvericilikdə də müəyyən dəyişikliklər ediləcək ki, bunun nəticəsində yeni sistemlərdə həm təkmilləşdirmələr aparılacaq, həm də yeni sistemlər istifadəyə veriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər