Azərbaycanın prosessinq mərkəzinin adından bank kartı istifadəçilərinə saxta SMS-lər göndərilir

Azərbaycanın prosessinq mərkəzinin adından bank kartı istifadəçilərinə saxta SMS-lər göndərilir
# 14 oktyabr 2020 15:34 (UTC +04:00)

"Azericard" prosessinq mərkəzinin adından bank kartı istifadəçilərinə saxta "Azərikart" adı altında "köçürülmə/hesabdan silinmə" ilə bağlı aldadıcı SMS-lər göndərilir. "Azericard"dan "APA-Economics"ə verilən məlumata görə, bu göndərişlərin "Azericard"la bağlılığı yoxdur və yanlış informasiya daşıyır.

"Vətəndaşları bu kimi SMS-lərə, bilinməyən nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olmağa çağırırıq. Bank kartlarınızda qarşılaşdığınız şübhəli vəziyyətlərlə bağlı müştərisi olduğunuz banka və ya "Azericard"ın müştəri xidmətlərinə müraciət etmək olar", - deyə "Azericard"dan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR