Azərbaycanın sürətli poçt xidməti növbəti dəfə beynəlxalq sertifikata layiq görülüb

Azərbaycanın sürətli poçt xidməti növbəti dəfə beynəlxalq sertifikata layiq görülüb
# 27 aprel 2020 17:04 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Azərpoçt" MMC-nin "Azərekspresspoçt" rabitə müəssisəsi göstərdiyi xidmətlərin keyfiyyətinə görə Ümumdünya Poçt İttifaqı tərəfindən gümüş səviyyəli sertifikata layiq görülüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, EMS – sürətli poçt rabitəsi xidmətləri göstərən "Azərekspresspoçt" rabitə müəssisəsi sözügedən sertifikatı 2019-cu ilin yekunlarına əsasən əldə edib.

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının EMS – "Express Mail Service" Kooperativinin üzvü olan 184 ölkənin göstərdikləri poçt xidmətlərinin keyfiyyətini ölçmək məqsədilə hər il bir sıra meyarlar müəyyən edilir. İlin yekununda isə bu meyarlar üzrə keyfiyyət göstəriciləri müqayisə olunur. Aparılan müqayisənin nəticələrinə görə ən yüksək faiz göstəricilərinə nail olan ölkələr qızıl, gümüş və bürünc səviyyəli keyfiyyət sertifikatlarına layiq görülür. Fəaliyyəti 92-96% aralığında qiymətləndirilənlərə gümüş səviyyəli sertifikatlar verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR