Azərbaycanın tikinti sektoru pandemiya fonunda daha az itkilərlə üzləşib

Azərbaycanın tikinti sektoru pandemiya fonunda daha az itkilərlə üzləşib
# 24 fevral 2021 16:59 (UTC +04:00)

Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, tikinti sektoru ötən il daha az itkilərlə üzləşib.

APA-Economics”in məlumatına görə, bunu “Caspian Energy Club”un təşkil etdiyi “Online B2G forum”da çıxış edərkən Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

FHN rəsmisi 2019-cu illə müqayisədə ölkədə aparılan tikinti sayının, demək olar ki, dəyişmədiyini vurğulayıb: “19 fevral 2019-cu ildə ölkə başçısı tərəfindən verilən, bəzi çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi haqqında fərman ilə tikinti şirkətlərinə böyük güzəşt olundu. İstismarda olan, lakin icazəsi olmayan aşkar olunmuş binaların böyük əksəriyyətinə bina sakinlərinin bütün təhlükəsizliyi həyata keçirilərək yoxlanışdan sonra istismarına 1 illik icazə verildi. Bu, bu sahədə atılan ən uğurlu və xalqa doğru atılan addımlardan biri idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR