BTQ-nin Gürcüstan ərazisi ilə yükdaşımalar kəskin artıb

BTQ-nin Gürcüstan ərazisi ilə yükdaşımalar kəskin artıb
# 09 dekabr 2020 12:25 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Çindən Avropaya Gürcüstan vasitəsi ilə daşınan konteynerlərin sayı illik müqayisədə 35,1% artaraq 2 343 TEU-ya çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, hesabat dövründə Çindən Avropaya Orta Dəhliz vasitəsi ilə daşınan konteynerlərdən 1 260 TEU Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin payına düşüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 371,9% və ya 4,7 dəfə çoxdur. 2019-cu ildə bu göstərici 267 TEU təşkil edib.

Nazirliyin məlumatında həmçinin qeyd olunur ki, dekabrın 4-də Türkiyədən Çinə yola düşən ilk yük qatarının ötən gecə Gürcüstana çatması ölkə iqtisadiyyatı baxımından tarixi hadisədir və bu yeni istiqamət Gürcüstanın logistika imkanlarını daha da artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR