"Bakcell" vətəndaşların sorğularını cavablandırmaq üçün "ASAN xidmət"lə əməkdaşlığı davam etdirir ®

"Bakcell" vətəndaşların sorğularını cavablandırmaq üçün "ASAN xidmət"lə əməkdaşlığı davam etdirir ®
# 21 aprel 2020 18:57 (UTC +04:00)

Dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq “Bakcell” şirkəti ölkədə həyata keçirilən genişmiqyaslı qabaqlayıcı tədbirlərə qoşulub və şirkət müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlara xüsusi dəstək göstərir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Bakcell” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi tərəfindən yaradılan “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının tez bir zamanda cavablandırılması üçün pulsuz SMS icazəni təmin edib.

Bu sistemin fəaliyyətə başlaması üçün texniki inteqrasiya tədbirləri qısa müddət ərzində həyata keçirilib. Xidmət işə başlayandan sonra isə Şirkət “ASAN xidmət”lə birlikdə hər gün sistemin monitorinqini aparır.

Bununla yanaşı, 8103 qısa nömrəsinə mesaj göndərilməsi ilə bağlı abunəçilərin suallarının cavablandırması üçün şirkətin 555 Əlaqə Mərkəzi və digər müvafiq strukturları gücləndirilmiş iş rejimində çalışır. Müxtəlif mobil cihazlar vasitəsilə 8103 nömrəsinə mesaj göndərə bilməyən abunəçilərə kömək məqsədilə xüsusi video-material hazırlanaraq “Bakcell”in sosial media səhifələrində yerləşdirilib (videoya keçid etmək üçün bu linkə daxil olun – https://www.facebook.com/Bakcell/videos/225149435210696/).

Xatırladaq ki, “Bakcell” ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1,5 mln. manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3 000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb.

Bundan əlavə, “Bakcell” karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. “Bakcell” abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün “Bakcell” abunəçiləri üçün tamamilə pulsuzdur.

Həmçinin, “Bakcell” ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib, xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.

“Bakcell” şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər Korporativ Sosial Məsuliyyət təşəbbüsləri də həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR