Bakı metrosunda qatarların hərəkətində gecikmələr müşahidə olunur

Bakı metrosunda qatarların hərəkətində gecikmələr müşahidə olunur
# 22 sentyabr 2020 11:39 (UTC +04:00)

“Bakı Metropoliteni“nin “Nəriman Nərimanov” – “Ulduz” stansiyaları arasında yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlıq səbəbindən hazırda metropolitenin xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur.

APA-Economics”in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi qatarlar arasında interval əlavə olaraq 2-3 dəqiqə artıb: “Bəzi qatarlar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR