Bakının daha 10 küçə və prospektində avtobus zolaqları təşkil olunacaq

Bakının daha 10 küçə və prospektində avtobus zolaqları təşkil olunacaq
  • Clock-gray 11:02
  • calendar-gray 25 Noyabr 2020

Bakı şəhərinin daha 10 küçə və prospektində avtobus zolaqlarının təşkili üçün razılıq əldə olunub.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti artıq bu istiqamətdə müvafiq tapşırıq verib və onların icrasına yaxın vaxtlarda başlanacaq: "Bundan öncə 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilib. Bütün bu görülən işlərin əsas məqsədi Bakı şəhərində mobilliyin artırılmasıdır ki, bu istiqamətdə də avtobus zolaqları bizim üçün prioritetdir və bunun təşkili üçün də bir çox təbirlər həyata keçirilir".

Hüseyn Vəliyev

Digər xəbərlər