Bakının rabitə operatoru OTT platformasını istifadəyə verəcək

Bakının rabitə operatoru OTT platformasını istifadəyə verəcək
# 03 iyun 2020 09:32 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") IPTV/ OTT ("Over the Top" – real vaxt rejimində media məzmununun çatdırma texnologiyası – red.) platformasının qurulması və istismar xidmətlərinin satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, "Baktelecom"un elan etdiyi tenderin qalibi "Konnekt" MMC seçilib. Bu şirkətlərlə ümumi dəyəri 165 min manatdan çox təşkil edən müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR