Bakının rabitə operatoru optik şəbəkə infrastrukturuna 1 mln. manata yaxın vəsait yatırır

Bakının rabitə operatoru optik şəbəkə infrastrukturuna 1 mln. manata yaxın vəsait yatırır
# 26 avqust 2020 17:18 (UTC +04:00)

"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) layihəsinin davam edilməsini və mövcud şəbəkənin baxım işlərinin görülməsini təmin etmək məqsədilə tələb olunan mal-materialların satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, "Baktelecom"un elan etdiyi tenderin qalibi "Touchess" şirkəti seçilib. Şirkətlə ümumi dəyəri 944 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR