Beynəlxalq Təhlükəsiz İnternet günü ilə əlaqədar vebinar keçiriləcək

Beynəlxalq Təhlükəsiz İnternet günü ilə əlaqədar vebinar keçiriləcək
# 04 fevral 2021 09:36 (UTC +04:00)

Beynəlxalq Təhlükəsiz İnternet günü ilə əlaqədar V-XI sinif şagirdləri üçün vebinar təşkil ediləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbir NRYTN, Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin təşkilatçılığı ilə 9 fevral tarixində saat 14:00-da “Virtual məktəb” platforması üzərindən həyata keçiriləcək.

Məqsəd şagirdləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.

Şagirdlər qeyd olunan tarixdə http://bit.ly/3rmjUq9 keçidinə daxil olaraq, vebinarda iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR