"Boeing" yeni təyyarə istehsal edəcək

"Boeing" yeni təyyarə istehsal edəcək
# 22 oktyabr 2020 15:25 (UTC +04:00)

ABŞ-ın "Boeing" korporasiyası yaxın gələcəkdə yeni təyyarənin istehsalına başlaya bilər.

"APA-Economics"in "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bununla şirkət "Boeing 737 Max" böhranı səbəbi itirdiyi mövqeləri bərpa etmək niyyətindədir.

"Boeing" korporasiyasının nümayəndələri lizinq şirkətləri də daxil olmaqla müştərilərlə dar füzelyajlı yeni təyyarədən istifadəyə olan marağını öyrənmək məqsədilə bir neçə görüş keçirib. Potensial müştərilərə yeni təyyarə modelinin təkmilləşdirilmiş mühərriklə təchiz olunacağı bildirilib. Təyyarənin tutumu 200-250 sərnişin təşkil edəcək. Yeni avialayner "Boeing"in model xəttində "737 Max" və geniş gövdəli "787 Dreamliner" təyyarələri arasında yer tutacağı gözlənilir. Təyyarənin istehsalı bir neçə il davam edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR