Braziliya "Boeing 737 MAX" təyyarəsi ilə kommersiya uçuşlarını bərpa edir

Braziliya "Boeing 737 MAX" təyyarəsi ilə kommersiya uçuşlarını bərpa edir
# 08 dekabr 2020 11:49 (UTC +04:00)

Dekabrın 9-da Braziliyanın "GOL Linhas Aéreas" aviaşirkəti dünyada ilk dəfə "Boeing 737 MAX 8" təyyarələri ilə kommersiya uçuşlarını bərpa edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə aviaşirkətin açıqlamasında deyilir.

"Braziliyanın ən böyük yerli aviaşirkəti 9 dekabr tarixindən etibarən kommersiya uçuşları üçün "MAX 8"in istismarına başlayacaq", - şirkətin açıqlamasında qeyd olunur.

İlk uçuşlar aviaşirkətin San-Paulodakı mərkəzində gedən və gedən marşrutlarda həyata keçiriləcək. Dekabr ayının sonunadək GOL-un mövcud donanmasında olan yeddi "Boeing 737 MAX" təyyarəsinin hamısı uçuşları bərpa etmək üçün icazə almalıdır.

Qeyd olunur ki, "MAX 8" təyyarəsini istismara qaytarmamışdan öncə GOL "Boeing" korporasiyası ilə birlikdə 140 pilot hazırlaşdırıb.

Xatırladaq ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Hazırda dünyada təxminən 500 "Boeing 737 MAX" təyyarəsi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR